Biznesin Davamlılığının İdarə Edilməsi üzrə Mütəxəssis

  • Mobile Operator
  • Elanın qoyulma tarixi: 22.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki:

  • Bazar ertəsi - Cümə günü, saat 09:00 - 18:00 (əlavə növbəli iş rejimi).
  • Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

Əsas öhdəliklər:

  • Biznes Davamlılığı, Qəza Bərpa və Böhran İdarəetmə planlarını yeniləyərək Biznes Davamlılığının İdarə Edilməsi prosesini davamlı olaraq təkmilləşdirmək və idarə etmək.
  • Risklərin İdarə Edilməsi, Biznes Təsir Analizi və Risklərin Dəyərləndirilməsi proseslərini həyata keçirmək və bu proseslər üzərində qurulacaq sistemi daim olaraq nəzarətdə saxlamaq və yeniləmək.
  • Şirkətin işinə təsir edə biləcək riskləri toplamaq və sənədləşdirmək.
  • Kritik prosesləri və avadanlıqları müəyyən etməklə coğrafi ehtiyatların yaradılması prosesini idarə etmək.
  • Şirkətdə olan prosesləri ISO 22301:2019 – “Security and resilience“ standartının tələblərinə uyğun həyata keçirmək.
  • Təhlükəsizlik sistemləri və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda vaxtaşırı və müntəzəm auditlər keçirmək.
  • Standartın tələb etdiyi müvafiq sənədləri hazırlayıb ISO 22301 sertifikasiya prosesini həyata keçirmək.
  • Potensial riskləri aşkar etmək və Biznes Davamlılığı Planlarını yeni saxlamaq üçün illik və rüblük Biznes Davamlılığı testləri keçirmək.
  • Məlumat Mərkəzləri və Transmissiya Bağlantı Nöqtələrində keçirilən yoxlamalar zamanı problemləri müəyyən etmək və bu barədə müvafiq şəxslərə məlumat verməklə prosesini koordinasiya etmək.
  • Qanunvericiliyin tələblərinə və şirkətin illik Mülki Müdafiə planına uyğun olaraq şirkətdə Mülki Müdafiə işinin qurulması.
  • Şirkətin işçiləri və ştatdan kənar işçi heyəti üçün Mülki Müdafiə təlimlərinin keçirilməsi.
  • İl ərzində mülki müdafiənin vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinə hesabatların təqdim edilməsi.
  • Mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquq-mühafizə orqanları, prokurorluq və s. kimi dövlət qurumları ilə əlaqələri idarə etmək.
  • “Log”-ların təhlilini aparmaq və “log” əsaslı məlumatları həm ilkin formada, həm də daxili alətlərdən istifadə edərək nəzərdən keçirmək.

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil: Ali Təhsil (Risklərin/Biznesin İdarə Edilməsi, Audit və Texniki sahə);
  • Təcrübə: Bu sahə üzrə ən az 2 (iki) il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan - Mükəmməl səviyyə, Rus/İngilis  - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq;
  • Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları;
  • Yüksək ünsiyyət və təlim bacarıqları;
  • Risklərin Idarə Edilməsi üzrə bilik;
  • Beynəlxalq standartlar üzrə iş təcrübəsi;
  • Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi;
  • Sürücülük təcrübəsi;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;
  • Yekun nəticəyə yönəlmə bacarığı.

Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:

  • Sürücülük təcrübəsi;
  • ISO 22301 və ISO 31000 çərçivəsində iş təcrübəsi;
  • Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər;
  • Proqramlaşdırma bacarıqları: Microsoft Power BI, Tableau Software, Microsoft Visio.