İnfrastruktur və Əməliyyatlar departamentinə texniki dəstək üzrə mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 22.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Kompüter və printer avadanlıqlarını sazlamaq və quraşdırmaq;
  • Proqram təminatlarını quraşdırmaq və sazlamaq;
  • Bank sistemlərində yaranan problemləri həll etmək;
  • İT layihələr çərçivəsində işləri yerinə yetirmək;
  • Hesabatları hazırlamaq.

Bizim üçün uyğun namizəd:

  • Ali texniki təhsilə;
  • Yüksək kommunikasiya bacarıqlarına;
  • Windows sistemləri və Ofis proqramları ilə işləmək bacarığına;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsinə sahibdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

https://careers.abb-bank.az/

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi