Təchizat zəncirinin planlaması və proqnozu üzrə Menecer

İşin təsviri

Vəzifə Öhdəlikləri: 

  • Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamaq;
  • Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək;
  • Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək bağlı olduğu rəhbərə bildirmək;
  • İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
  • Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
  • Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək

Namizədə dair tələblər:

  • Maliyyə, təchizat zənciri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Təchizat planlaması və satışların proqnozu sahələrində 5 ildən artıq iş təcrübəsi.
  • Pərakəndə əməliyyatlar, proqnozlaşdırma texnologiyası, bazar araşdırması məlumatları və təchizat zəncirinin idarə edilməsi haqqında biliklər
  • Təchizatçılar və müştərilərlə əlaqələrin inkişaf etdirilməsində və saxlanılmasında təsdiq olunmuş təcrübəyə malik olmaq.
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
  • Bir çox mənbədən alınan məlumatlarlandan ibarət mürəkkəb, kəmiyyət və statistik təhlillər aparmaq bacarığı.
  • Əla şifahi və yazılı ünsiyyət bacarıqları.
  • Əla analitik, problem həll etmə və təqdimat bacarıqları.
  • Çətin, sürətli templi mühitdə işləmək arzusu;
  • Təzyiq altında işləmək bacarığı.

Maraqlanan namizədlər email ünvanına “Təchizat zəncirinin planlaması və proqnozu üzrə Menecer” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]