Baş mühasib

  • Air Group
  • Elanın qoyulma tarixi: 18.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Maliyyə sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
  • Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • MS Office və 1C 8.3 ERP proqramlarında işləmək bacarığı
  • Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • Baş mühasib təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir

İş barədə məlumat:                                                                                                                                                                                          

  • Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
  • İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
  • Mənfəət vergisi;
  • Əmlak vergisi;
  • Əlavə dəyər vergisi;
  • Ödəmə mənbəyində tutulan vergi;
  • Muzdlu işlə əlaqədar vahid bəyannamə;
  • Torpaq vergisi ;
  • DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
  • Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
  • Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Əmək haqqının hesablanması;
  • Bank və kassa əməliyyatları;
  • Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
  • Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.

Əlavə məlumatlar:

  • Əmək haqqı: 1500 AZN gross
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00.
  • Korporativ nömrə və danışıq balansı
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər