Satış, rezervasiya və informasiya üzrə mütəxəssis

  • AirTransfer
  • Elanın qoyulma tarixi: 18.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil:Ali 
  • Yaş həddi: 22-40
  • Kompüter biliyi: MS Office, 1C proqramı
  • Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı
  • Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür

Digər tələblər:

  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti
  • Loyallıq və punktuallıq

İş barədə məlumat:                                                                                                                                                                                             

  • Yeni partnyorların internet üzərindən araşdırılmasını həyata keçirmək, soyuq zənglər və mail vasitəsi ilə şirkətlərə təkliflər göndərərək satışların artırılmasında aktiv iştirak etmək;
  • Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulmasına, müəssisənin xidmətləri haqqında dolğun və ətraflı məlumatların təqdim edilməsinə cavabdehlik daşımaq; 
  • Sifarişləri qəbul edib, düzgün formada koordinatora yönləndirmək və icrasına nəzarət etmək;
  •  Xarici partnyorlarla korporativ  yazışmalar aparmaq və yaranan sualları cavablandırmaq;
  • Həyata keçirilən kampaniyalarla bağlı müştərilərin məlumatlandırılmasını təmin etmək; 
  • Müştərilər tərəfindən hər hansı bir narazıçılıq yaranarsa dərhal aradan qaldırılmasını təmin etmək və baş verən problemlərlə bağlı rəhbərliyi məlumatlandırmaq;
  • Rəhbərin göstərişi ilə korporativ görüşlərdə iştirak etmək;

Əlavə məlumatlar:

  • Əmək haqqı: 650-750 AZN gross
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış, rezervasiya və informasiya üzrə mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.