Nəqliyyat və logistika üzrə mütəxəssis

  • ALCO MMC
  • Elanın qoyulma tarixi: 17.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Avtomobil, dəmir yolu, hava, dəniz ilə daşımaların həyata keçirilməsi üzrə işlərin təşkili və idarə olunması;
  • Danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
  • Yeni nəqliyyat şirkətlərinin araşdırılıb tapılması;
  • İdxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, optimal marşrut xəttlərinin seçilməsi, daşımasının təmin edilməsi;
  • Daşıma hərəkətlərinin reyestrinin yaradılması, planlanan tarix üzrə icra vəziyyətinin izlənilməsi;
  • Bazar tendensiyalarının öyrənilməsi;
  • Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışının nəzarətdə saxlanılması;
  • Şirkətin biznes etikası, davranış qaydaları və nizam intizamına riayət edilməsi;
  • Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə məxfiliyin qorunması prinsipinə riayət edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübə
  • Logistika sahəsində təcrübə
  • Beynəlxalq ticarət və coğrafiya sahəsində yüksək bilik
  • Səlist Azərbaycan, Rus, İngilis dili biliyi
  • Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT)
  • Danışıqlar aparma qabiliyyəti
  • Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olması

İş şəraiti: 09:00-dan 18:00-dək (nahar vaxtı 13:00-dan 14:00-dək), AR qanunvericiliyinə əsasən sənədləşmə

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Azərbaycan, Bakı, İçərişəhər, Vəli Məmmədov küçəsi 1/3

Email: [email protected]