Aparıcı Auditor

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 13.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Risk əsaslı illik plana uyğun olaraq audit yoxlamasının məqsədlərinin, həcminin və iş proqramının hazırlanması;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;
  • Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
  • Tövsiyələrin işlənib hazırlanması və nəticələrin biznes proseslərin iştirakçıları ilə razılaşdırılması;
  • Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
  • Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;
  • Daxili audit xidmətinin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı departamentin normativ və digər aktlarının işlənib hazırlanması;
  • İllik audit strategiyası və planının tərtib edilməsində iştirak;
  • Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
  • Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
  • Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;
  • Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
  • Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
  • Peşəkar səriştələr: Normativ qaydaların yazılması üzrə bilik və bacarıq, kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları,müşahidə aparmaq və faktları müəyyən etmək qabiliyyəti. Analitik, məntiqi və kritik düşünmə qabiliyyəti.
  • IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür).
  • MS Office proqramlarında səlis işləmək qabiliyyəti (İT sistemləri üzrə biliklər üstünlükdür).
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat, hüquq, texniki və ya təbiət elmləri üzrə ali təhsil.
  • Daxili/xarici audit sahəsində ən azı 3 il iş təcrübəsi.

https://careers.azergold.az/vakansiya/aparici-auditor-daxili-audit-xidmeti

İşəgötürənin reytinqi