Gənc İnsan Resursları mütəxəssisi (regionlar)

İşin təsviri

Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab.

Vəzifə öhdəlikləri:

Gənc İnsan Resursları mütəxəssisi çalışdığı bölgə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:

  • Filialda yaranan vakansiyaların qarşılanması uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən filialda işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
  • İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
  • Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
  • İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
  • Filialda işçilərin davamiyyətinə nəzarət sistemi ilə işləyir və filial direktoruna davamiyyətdəki nöqsanları məlumat verir;
  • Filialda işləyən işçilərdən nizam-intizama əməl etməyənlər haqqında, filial direktorunun göstərişi ilə qanunvericiliyin tələbinə uyğun inzibati cəzalar verilməsində sənədləşmə işlərini görür;
  • Filial işçilərinin əmək haqqı hesablanmasına yardım edir;
  • Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
  • İşçilərə məzuniyyətlərin verilməsi proseslərində yardım edir;
  • Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edilməsinə yardım edir.

 Tələblər:

  • Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
  • Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Səriştələr:

  •  Məsuliyyətli
  •  Şəxsi inkişafa meylli
  •  Pozitiv
  •  Özünütəşkiletmə qabiliyyəti
  •  Nailiyyət yönümlülük
  •  Etibarlılıq
  •  Dürüstlük

Əlavə məlumat:

  •  Əmək haqqı razılaşma əsasında; 
  •  İş qrafiki: Altı günlük iş həftəsi
  •  İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/genc+insan+resurslari+mutexessisi+addim+layihesi+1?sources=jobsearch.az