Mühasib

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
  • Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Tələblər:

  • Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
  • Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Vergi və əmək məcəlləsi üzrə biliklər, eyni zamanda son dəyişiklikləri haqda məlumatlı olmaq
  • Ali təhsil ( iqtisadiyyat )
  • ƏDV ödəyicisi olan şirkətdə mühasibat sahəsində ən azı 3 il fasiləsiz iş təcrübəsi olmalı.
  • ƏDV ödənişlərinin həyata keçirilməsi.
  • Ödəniş tapşırıqlarının hazırlanması, qeydiyyatının aparılması, banka göndərilməsi.
  • Balansın hazırlanması qaydasını bilməlidir.
  • Bank əməliyyatlarını həyata keçirmək və bank çıxarışlarını mövcud proqrama daxil edə bilməli

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək  [email protected] elektron poçt ünvanına göndərə bilərlər