Baş mühasib

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
  • Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Tələblər:

  • Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi;
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Əla səviyyədə Azərbaycan dili;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (Micro üstünlükdür

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd edərək  [email protected]  elektron poçt ünvanına göndərə bilərlər