Qrafik Dizayner

İşin təsviri

Tələblər:

  • Ali təhsilli;
  • Müvafiq sahə üzrə min 3 il iş təcrübəsi;
  • CorelDraw, İnDesign, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləmə bacarığı;
  • Kreativ idealı və yaradıcı düşünmə qabiliyyətinə sahib;
  • Komandada işləmə bacarığı;
  • Nizam-intizamlı və məsuliyyətli;
  • Böyük şirkətlərdə iş təcrübəsinin olması;
  • Sahə üzrə portfolio olması mütləqdir;
  • Çap və nəşr sahəsində təcrübəyə üstünlük veriləcək.

Hansı işləri görəcəksiniz?

  • Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək;
  • SMM postları üçün qrafik və dizaynların hazırlanması;
  • Yeni layihələr üçün təqdimatların, stendlərin və s.hazırlanması;
  • Yeni məhsul kataloqlarının hazırlanması; 
  • Törəmə şirkətlər üçün saytların dizaynı;
  • İşlərin daha effektiv həyata keçirilməsinə dair təkliflərin irəli sürülməsi;
  • STP Şirkətlər Qrupu üçün ümumi stilistikanın yaradılması.

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qrafik dizayner” yazaraq 25.05.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.

Email: [email protected]