Korporativ satış təmsilçisi

İşin təsviri

Əsas vəzifə öhdəli̇kləri̇:

  • Məhsulların satışını və tanıtma işlərini təşkil etmək;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və mənfəət hədəflərinə çatmaq;
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı    məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Müştərilərə gedəcək sənədlərin (kommersiya təklifi, müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət etmək və müştəriyə çatdırmaq;
  • Şirkətə yeni müştərilər qazandırmaq;
  • Şirkətin keçirdiyi kampaniyalar haqqında müştərilərə ətraflı məlumat vermək;
  • Daimi olaraq müştəri ziyarətlərini təşkil etmək;
  • Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək; 
  • Gündəlik satış hesabatlarını təqdim etmək. 

Tələblər:

  • 25-35 yaşlarında;
  • Satış sahəsində ən az 3 il təcrübəsi olan;
  • Memarlıq və İnşaat Universitetindən məzun olan (üstünlük veriləcək);
  • Dəqiq və işinə qarşı məsuliyyətli olan;
  • Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti;
  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
  • Ofis proqramı biliyi (Microsoft word, excel);
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • B kateqoriya sürücülük vəsiqəsi olan.
  • İş saatı: 08.30-17.30

 Maaş:danışıqlar nəticəsində

Bu vakansiya üçün e-poçtuna mövzu hissəsinə "Satış təmsilçisi" qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

MR. Fix construction chemicals tərəfindən digər vakansiyalar