Veb dizayner və sosial media meneceri

İşin təsviri

.ƏSAS ÖHDƏLİKLƏRİ:

• Şirkətin veb saytı və sosial media dizayn fəaliyyətini təşkil etmək, dəyişikliklər etmək və izləmək;
• Sosial media planlamaların hazırlanması və bu xidməti görən digər firmalarla işin təşkili;
• Fərqli kanallarda keçiriləcək tədbirlərin planlanması və icra olunması;
• Kreativ mətnlərin və sosial media postlarının hazırlanması;
• Məhsul tanıdılmasında sosial media dəstəyini vemək;
• Bütün sosial media kanallarına nəzarət etmək;
• Şirkətin sosial şəbəkələrdə (facebook, instagram, Linkedin) təmsil olunması;
• Şirkətin rəsmi internet səhifəsinin mütəmadi yenilənməsinin təşkil edilməsi;
• Sosial media səhifələri üçün kontentlərin yaradılması;

TƏLƏBLƏR:

• Bu sahədə 3 il iş təcrübəsi;
• Ali təhsil;
• Kreativ düşüncə qabiliyyətinin olması;
• İnternetdən aktiv iştirak edən istifadəçi olmalı;
• Analiz etmə və yüksək araşdırma qabiliyyətinə malik olmalı;
• Digital reklam idarəetmə bacarığına sahib olmalı.
• Microsoft ofis proqramları, Photoshop, İllustrator,CorelDraw proqramlarla işləmə qabiliyyəti;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dili biliyi üstünlükdür

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə "Veb dizayner və sosial media meneceri" qeyd edib göndəriniz.
Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

MR. Fix construction chemicals tərəfindən digər vakansiyalar