Kadrlar üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • - AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi; 
  • - İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması; 
  • - Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı; 
  • - Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi; 
  • - Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi; 
  • - Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı; 
  • - Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi; 
  • - Həftəlik və aylıq hesabatların hazırlanması; 
  • - Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ; 
  • - Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.). 
  • - İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.; 
  • - Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ; 
  • -  İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda); 
  • - İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması; 
  • - İşçilərin davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək; 
  • - İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək; 
  • - İşçilərə sosial sığorta şəhadətnamələrin alınması üçün DSMF-na elektron formada müraciət etmək; 

Namizədə tələblər:

  • Ali təhsil
  • 1-3  il  tikinti sektorunda iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
  • Kommunikativ bacarığı, məsuliyyətlilik
  • Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
  • Microsoft Office, 1 C proqram 
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı kandidatın bilik ,bacarığına uyğun dəyişir. ( 800-1000 Azn)

Sizi öz kollektivimizdə görməyə şad olarıq!

Maraqlananlar başlıqda kadrlar üzrə mütəxəssis qeyd etməklə CV-lərini göndərə bilərlər.

Email: [email protected]