İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihələrə uyğun tikinti işlərinin smeta dəyərini hazırlamaq, uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə ölçü işlərinin aparılması;
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Forma 2, Forma 3, xərc analizi;
- Sahələrdən gələn texniki hesabatların yoxlanılması.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi və ya hərbi xidməti başa vurub qayıtmış, təcrübə keçmiş gənc mütəxəssis (əvvəl öyrədiləcək)
- İnşaat mühəndisi ixtisası üzrə ali təhsil;
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD;
- Analitik düşüncə tərzi;
- Dəqiqlik, operativlik.
Əmək haqqı namizədlərin bilik və bacarıqlarına, peşəkarlıq səviyyəsinə uyğun olaraq, qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Smeta mühəndisi" yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.