Kiçik Auditor

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadiyyat və ya hüquq sahəsi üstünlükdür);
  • Audit və biznes proseslər üzrə nəzəri biliklər;
  • Azərbaycan və ingilis dillərini bilməli;
  • Microsoft Office proqramlarını (excel və word) bilməli; 
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətlilik.

Hansı işləri görəcəksiniz:

  • Audit yoxlamalarında iştirak;
  • Yoxlama zamanı həyata keçirilən təhlillərin sənədləşdirilməsi;
  • Audit nəticələrinə dair hesabatların tərtib edilməsində iştirak;
  • Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kiçik Auditor” yazaraq 18.05.2022- ci il tarixinədək [email protected] göndərilməsi xahiş olunur.