Korporativ kreditlərin təhlili bölməsinin aparıcı eksperti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 13.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali iqtisadi təhsil və ya MBA üzrə magistr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili – yaxşı, (rus dili - yaxşı, üstünlükdür)
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Komanda halında işləyə bilmək və operativ olmaq
  • Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əsas vəzifə və öhdəliklər:

  • KOS və korporativ müştərilərin kreditləşməsinə dair təlimatda göstərilən qayda və prosedurlara uyğun sənədləri vaxtında və lazımi səviyyədə icra etmək
  • Müştərinin təqdim etdiyi məlumatların yoxlanılması məqsədilə KOS və korporativ müştərilərin biznes obyektlərinə baxış keçirilməsi
  • KOS və korporativ layihələr üzrə maliyyə təhlilini aparmaq
  • Kredit memorandumunu və müvafiq sənədlərin digər müşayiətedici materiallarını hazırlamaq
  • Bankın KOS və korporativ müştəriləri ilə kredit əməliyyatlarının monitorinqi prosedurunu tənzimləyən Bankın daxili sənədlərinə uyğun olaraq monitorinqi aparmaq

İş yeri: Baş İdarə

İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Korporativ kreditlərin təhlili bölməsinin aparıcı eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi