Baş mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə 
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək 
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət 
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı 
  • E-portal proqramı ilə işləmək 
  • ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi 
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi 
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət 
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi 
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
  • Nahar şirkət tərəfindən verilir 

Namizədə tələblər:

  • Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 5 il iş təcrübəsi (Tekstil sahəsinə üstünlük verilir) həmçinin bəy və ya xanım namizədlər CV göndərə bilər 
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək 
  • İngilis və rus dilini əla səviyyədə bilmək 
  • AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək 
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək 
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları 
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı 
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.

İş yeri: Bakı 
İş qrafiki: Həftə içi 5 gün stabil is rejimi (saat 09:00-dan 18:00-dək), şənbə bazar- istirahət günləri 
Əmək haqqı: 1500-2000 AZN (Namizədin iş təcrübəsinə və bacarıqlarına görə dəyişə bilər) 

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını  [email protected]    elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Baş mühasib” sözləri yazılmalıdır). 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılib müsahibəyə dəvət olunacaqlar.

Planet Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar