Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə 
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək 
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət 
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı 
  • E-portal proqramı ilə işləmək 
  • ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi 
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi 
  •  Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət 
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi 
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
  • Nahar şirkət tərəfindən verilir 
  • İş yeri: Bakı 
  • İş qrafiki: Həftə içi 5 gün stabil is rejimi (saat 09:00-dan 18:00-dək), şənbə bazar- istirahət günləri 
  • Əmək haqqı:1000 AZN-dən başlayaraq (müsahibə əsasında müəyyənləşdiriləcək)

Namizədə tələblər:

Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 5 il iş təcrübəsi (Tekstil sahəsinə üstünlük verilir) həmçinin bəy və ya xanım namizədlər CV göndərə bilər 
Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək 
İngilis ve rus dilini əla səviyyədə bilmək 
AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək 
Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək 
Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları 
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı 
Balansın çıxarılması üzrə biliklərə sahib olmalı 

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasıı elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Baş mühasib” sözləri yazılmalıdır). 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılib müsahibəyə dəvət olunacaqlar.

Email:  [email protected]

 

Planet Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar