İşin təsviri
Vəzifə öhdəlikləri:
- Texniki köməkçi servis və servisdən kənar aparılan bütün növ texniki işlərdə yardımçı işlərini həyata keçirir;
- Təmir mexaniki\ustalar\çilingər ilə birgə təmir\bərpaizamlama və sair işlərdə iştirak edir;
- Sahə səfərlərində sürücü kimi texniki dəstək göstərir;
- Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
- Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməli;
- İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
- İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
- İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
- İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
- İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
- Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.
Tələblər:
- Sahə üzrə minimum texniki biliklər;
- Texnika\avadanlıq\qurğuların quruluşları barədə minimum biliklərə malik olmaq;
- Texnikaların və avtomobillərin təmiri üzrə işlərin yerinə yetirilməsinin minimum əsas yollarını bilmək;
- İstifadə edilən təmir və kontrol-ölçü alətlərinin təyinatı və tətbiqi qaydasını bilmək;
- Hissələrin sökülmə\quraşdırılması qaydasını bilmək;
- Kollec və ya peşə təhsili;
- Sahə üzrə 1 illik iş təcrübəsi.
Səriştələr:
- Məsuliyyətli;
- Şəxsi inkişafa meylli;
- Pozitiv;
- Özünütəşkiletmə qabiliyyəti;
- Nailiyyət yönümlülük;
- Etibarlılıq;
- Dürüstlük.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Altı günlük iş həftəsi;
- İş yeri: MKT İK MMC-nin müvafiq filialı;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:
https://hr.mktcotton.com/job/temir+mexaniki+berde+1?sources=Jobsearch.az