Satış üzrə koordinator

  • Elanın qoyulma tarixi: 05.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

  • Həftədə 5 iş günü (saat 08:00-17:00), 2 gün istirahət
  • Ofis
  • Əmək haqqı: Razılaşma yolu ilə

Vəzifələri:

  • Yeni müştəriləri cəlb etmək və iş birliyi qurmaq;
  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək və onlar üçün təklifləri hazırlamaq;
  • Həyata keçirilmiş və planlanmış müvafiq işlərlə bağlı rəhbərliyə hesabatları təqdim etmək;
  • Rəhbərliyin təyin etdiyi satış hədəfini yerinə yetirmək;
  • Şirkətin təqdim etdiyi bütün xidmətlərin xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmaq;
  • Satış, gəlir və xərclərə nəzarəti əhatə edən biznes planı hazırlamaqda iştirak etmək;
  • Maliyyə şöbəsinə xüsusilə sənədləşmədə yardım etmək;
  • Tender proseslərində lazimi sənədləri hazırlamaq və tenderdə iştirak;
  • Müştərilərlə müqavilələr bağlamaq, müqavilə şərtlərini müəyyən etmək və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzrət etmək;

Tələblər:

  • Ali təhsilli
  • Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə danışmaq və yazmaq qabiliyyəti;
  • Kompüter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
  • İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər; (Neft -qaz sahəsi üzrə təcrübə mütləqdir)
  • Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, ünsiyyət qurmaq qabiliyyəti;

Xahiş edirik, mövzu hissəsində “Satış üzrə koordinator” yazaraq, öz CV-lərinizi [email protected] e-poçt ünvanına göndərəsiniz.