Debitor borc üzrə mütəxəssis

İşin təsviri

İş qrafiki: I-V günlər, 09:00-18:30

Yaş: 23 - 35 yaş

Təhsil: Ali

Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir 

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Vəzifə öhdəlikləri:

  • Debitor borcların izlənməsi və təhlili;
  • Şübhəli Debitor borclarının müəyyən edilməsi;
  • Avans sahiblərinin balanslarına nəzarət etmək;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
  • Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsinə dəstək vermək;
  • Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin borc məlumatlarının bazaya əlavə olunması;
  • Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili (arzuolunan);
  • Maliyyə, bank və ya mühasibatlıq sahəsində azı 1 illlik təcrübə (arzuolunan);
  • Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
  • Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
  • İnternet axtarış sistemlərindən sərbəst istifadə;
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
  • Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
  • Yalnız Xanım namizəd tələb olunur;

Bacarıqlar:

  • Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Analitik yanaşma və təhlil;
  • Problem həll etmə bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Debitor borc üzrə mütəxəssis” yazaraq öz CV-lərini (foto ilə) [email protected]m e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.