Debitor borc üzrə mühasib (Accounts receivable accountant)

İşin təsviri

  • Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower
  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Yaş: 25 - 35 yaş
  • Təhsil: Ali (müvafiq sahə üzrə)
  • Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vəzifə öhdəlikləri:

  • Debitor borcların izlənilməsi, təhlili, qalıqların yoxlanılması və ödənişlərin təmin olunması;
  • Müştəri ödənişlərinin gecikməsinə nəzarət etmək;
  • Müştəri borcunun ödənilməsi üçün lazım olan sənədlərin vaxtında hazırlanması və müştəriyə çatdırılmasını təmin etmək
  • Debitor hesabların yazılması, aylıq, gündəlik E-qaimələrin tərtib edilib göndərilməsi;
  • Korporativ müştərilər ilə üzləşmə aktlarını, borclarının hesabatlarını hazırlamaq;
  • Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Debitor borclar üzrə korporativ hesabatların və digər daxili hesabatların hazırlanması;
  • Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin ödəniş məlumatlarının bazaya əlavə olunması;
  • Korporativ müştərilər ilə e-mail və yazışmaların həyata keçirilməsi;
  • Pul vəsaitlərinin (cash flow) hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət haqlarının hesablanması və ödənilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər vəzifələri və xüsusi tapşırıqları yerinə yetirmək.

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, rus dili (arzuolunan);
  • Mühasibat uçotu, Maliyyə və kredit, Bank işi, İqtisadiyyat sahələrindən biri üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində 1-3 illlik təcrübə;
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
  • Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
  • Peşəkar, koorporativ etikanı bilməli;

Bacarıqlar:

  • Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Məntiqi-analitik düşünmə tərzi və təhlil;
  • Vaxtı idarəetmə və problem həll etmə bacarıqları;
  • Dəqiqlik, dürüstlük, məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, çalışqanlıq, təşəbbüskarlıq;

Göstərilən tələblərə cavab verən namizədlər Mövzu hissəsində “Debitor borc üzrə mühasib” yazaraq öz CV-lərini  e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar