Korporativ satış üzrə mütəxəssis (Corporate sales specialist)

İşin təsviri

İş şəraiti

  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Yaş: 25 - 30 yaş
  • Təhsil: Ali
  • Əmək haqqı – 700-1000 AZN
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • B2B görüşlərlə bağlı nəqliyyat və mobil danışıq xərcləri qarşılanır.

Vəzifə öhdəlikləri:

  • Potensial yeni korporativ müştərilərin axtarışı və müəyyən olunması;
  • Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Mövcud partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması;
  • Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
  • Dövri hesabatların (günlük, həftəlik. aylıq) hazırlanması və təhlili;
  • İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
  • Qarşıya qoyulan satış hədəflərinin həyata keçirilməsi;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, rus dili yaxşı, ingilis dili arzu olunan;
  • Marketinq, satış, biznesin idarə edilməsi və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
  • Korporativ Satış sahəsində, İşgüzar danışıqlarda iş təcrübəsi (1 ildən az olmayaraq təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Korporativ satış və ya Marketinq haqqında ümumi biliklərə malik olmaq; 
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
  • İnformasiya Texnologiyları və telekommunikasiya üzrə biliklər üstünlük hesab olunur;
  • Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
  • İnternet axtarış sistemlərindən sərbəst istifadə;
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
  • Peşəkar, xoş xarici görünüş, koorporativ etikanı bilməli;
  • Xanım namizədlərə üstünlük veriləcək;

Bacarıqlar:

  • Komandada işləmək, 
  • Kommunikasiya və ünsiyyət qurma bacarıqları;
  • Satış bacarığı;
  • Analitik yanaşma və təhlil;
  • Təqdimat bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” yazaraq öz CV-lərini (foto ilə) e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.