Kadrlar üzrə müfəttiş-tabelçi

İşin təsviri

Telefon: +994 12 4649218

Tələblər:

  • Ali təhsil ( Müvafiq sahə üzrə) 
  • İş təcrübəsi 1 ildən 3 ilə qədər
  • Microsoft Office (Word, Excel, Power Point)  1C 8.3 ERP proqramlarında işləmək
  • Cəmiyyətin kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədləri; kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
  • İşçilərin işə qəbulu və işdən çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsini;
  • Əmək qanunvericiliyinin əsaslarını; kadrların ixtisas və professionallığının artırılması üsullarını;
  • Əmək kitabçalarının, şəxsi işlərin aparılması, pensiyaların təyin edilməsi üzrə lazımı sənədlərin tərtib edilməsini;
  • Kadr axınının səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üsullarını;
  • Əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

İş nümunələri:

  • Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin  imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün  ESD və ERP sistemlərinə yerləşdirilməsi;
  • Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün   ESD və ERP sistemlərinə yerləşdirilməsi;
  • əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (e-gov.az portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;
  • İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;
  • Sadə formada və xüsusi proqram vasitəsi ilə işçilərin iş vaxtının  uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi; 
  • Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;
  • Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.                                                

İşçi sayı: 150-200

İş rejimi: 6 gün

Həftədə 40 saat

Əmək haqqı: 625 AZN

Uyğun namizədlərdən CV-lərini mail ünvanına mövzu yerinə “Kadrlar üzrə müfəttiş-tabelçi Bərdə PİEZ” qeyd edərək göndərmələri xahiş olunur.

İş yeri Bərdə rayonunda yerləşdiyinə görə yalnız həmin rayonunda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.