Müştəri Əlaqələri üzrə İşçi (Neftçala)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 15.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək
  • Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək
  • Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək 
  • Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək
  • Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək 
  • Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlığı təmin etmək 

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil, Biznes/İqtisadiyyat/Mühasibatlıq və ya Bizneslə əlaqəli oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
  • Müştəri Xidmətləri və Arxa Ofis üzrə 1 il iş təcrübəsi
  • Kreditlərin restrukturizasiyası üzrə biliklər
  • MS Office proqram bilikləri
  • Dil Bilikləri: Azərbaycan dili – səlis
  • Yüksək ünsiyyət qurma bacarıqları
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı

Seçimlərdə növbəti addımlar:

Müraciətinizi elektron ünvanına CV-nizi əlavə etməkləSubject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Neftçala Filialı) qeyd etməklə 03 Aprel 2022-ci il tarixindən (günün sonu) gec olmamaq şərtilə göndərə bilərsiniz. 

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

İşəgötürənin reytinqi