Maliyyə Müdiri

  • AMO Group
  • Elanın qoyulma tarixi: 14.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkil etmək
  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Təşkilatın əmlakının qorunmasına nəzarət etmək
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılmasını təşkil etmək
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında əks etdirilməsini təmin etmək
  • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına nəzarət etmək
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsini təmin etmək
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasına nəzarət etmək
  • Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərinə təsviri.  
  • Təşkilatın maliyyə strategiyasının və onun maliiyə sabitliyinin təməlinin hazırlanması;
  • Təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillərin aparılması;
  • Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatının təşkili
  • Biznes planın tərtibatı üçün materialların hazırlanmasını təşkil etmək
  • Xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılması təşkil etmək
  • Əsas fondun cari və əsaslı təmirin maliyyələşdirilməsinin qayda və meyarların müəyyən edilməsi;
  • Gəlirlərin vaxtı-vaxtında daxil olmasının təminatına nəzarət etmək
  • Maliyyə vəsaitlərin hərəkitinin uçotun aparılması və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə   fəaliyyətinin nətəcələri barədə hesabatların tərtibatı;
  • Maliyyə şöbəsində gedən bütün prosseslərdən birbaşa məsuldur

Tələblər:

  • Ali təhsil /Maliyyə, İqtisadiyyat , Mühasibat uçotu/
  • Azərbaycan , rus dilləri yüksək səviyyədə olmalı  (ingilis dili arzu olunandir)
  • Yüksək səviyyədə idarəetmə  və komandada işləmək bacarığı
  • Güclü analiz qabiiyyətinə malik olmalı
  • Maliyyəni yüksək səviyyədə bilməli
  • MS Office (MS Excel, MS Word, MS Outlook, 1C)  proqramlarından sərbəst istifadə qabiliyyəti
  • Müvafiq  sahədə iş təcrübəsi minimum 5 il
  • İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı  olacaq. 
  • İş qrafiki : standard iş həftəsi

Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Maliyyə Müdiri ” qeyd edərək [email protected]  göndərə bilərsiniz.