İcraçı Direktor

İşin təsviri

Əmək funksiyaları:

  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi,sifarişlərin təmin edilməsinin təşkilinə nəzarət;
  • Sahələrdə yerinə yetirilmiş tikinti işləri üzrə zəruri sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
  • Layihələrin icrası prosesində (10 t Soyuducu anbar, 500 ha İntensiv bağlar, Beton məmulatları və Plastik tara istehsalı) yaranmış hər hansısa bir dəyişiklik və ya problemlərin həllində düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli, komanda üzvlərinə rəy, məsləhətlərin verilməsi və yeniliklərə təşviq edilməsi;
  • Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan prioritetlərin müəyyən edilməsi, tətbiqi,qiymətləndirilməsi, yenilənməsi, işçilik siyasətinin düzgün işlənməsinə nəzarət edilməsi,normativlərin icrasına nəzarət, məhsul yığımının vaxtında və itgisiz toplanması üçün mövsumi işçilərin cəlb edilməsi, yığımın səmərəli və standarta uyğun aparılmasının təşkili;
  • Layihələrdə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
  • Mövsümi işlərdə agrotexniki işlərin gedişatını izləmək üçün tədbirlər planının hazırlanması, müvafiq yoxlama üsullarından istifadə edərək, görüləcək işlərin icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması,Layihənin normativ məhsuldarlığının təmin edilməsi üçün ardıcıl və planlı fəaliyyət;
  • İstehsal Layihələrinin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
  • Layihə ilə bağlı gündəlik hesabatların Mərkəzi ofisə (rəhbərliyə) təqdim edilməsi. 

Təhsil tələbləri:

  • Bakalavr/Magist

Staja dair tələb:

  • 5 il

İxtisas səriştələri:

  • Tələbkarlıq, Punktualıql və Məsuliyyət
  • Planlaşdırma və Komandanın idarə edilməsi
  • Analitik düşünmə və Təhlil etmə bacarığı
  • Sürətli və dolğun qəraralar qəbul etmək 
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Detallara fikir vermək

Kompüter biliklərinə dair tələblər:

  • Excell,Word,1C,Mercury

Dil bilikləri:

  • Azərbaycan dili / Rus dili / İngilis dili