İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

  • Millikart LLC
  • Elanın qoyulma tarixi: 14.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • İnsidentlərin aşkarlanması və analiz olunması
  • İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət
  • Şirkətdə İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq  edilməsində dəstək
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi
  • Müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halların araşdırılması
  • Jurnal (log) faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında fəal iştirak
  • Cari zəifliklər və təhdidlər haqqında, xüsusilə daxili sistemlərə birbaşa təsir edən amillər haqqında məlumatlı olmaq
  • Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi
  • Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi
  • Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil
  • İT əməliyyatları və ya kibertəhlükəsizlik üzrə 1-2 il iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək
  • Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər
  • SIEM və digər təhlükəsizlik sistemləri üzrə biliklər
  • Linux/Windows ƏS üzrə biliklər
  • Syslog, http jurnalları, DB jurnalları üzrə biliklər
  • İnformasiya təhlükəsizliyi ilə bağlı prosedur qaydaları və siyasətlər barədə məlumatlı olmalı
  • Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı
  • Təhlükəsizlik sertifikatlarının olması üstünlükdür
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

İş qrafiki:

  • I-V günlər, saat 09:00-dan 18:00-dək
  • İstirahət günləri - şənbə və bazar

Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq 1200 - 1500 azn.

Müraciət etmək istəyən namizədlər CV-ləri e-mailinə göndərə bilərlər.

İşəgötürənin reytinqi