Baş mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 08.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Müvafiq sahədə ali təhsil
  • Istehsalat sahəsində fəaliyyət göstərən və ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 5 il iş təcrübəsi 
  • Vergi Məcəlləsini, Mühasibat uçotu üçün qanunvericilik aktlarını və normativ sənədləri mükəmməl bilmək; 
  • Cari idarəetmə hesabatların gündəlik yenilənməsinin təmin olunması: kreditor və debitor borcların kontragentlər üzrə açıqlanması, pul vəsaitlərin qalıqları üzrə gündəlik hesabat, hazır məhsulun qalıqları və hərəkəti haqqında gündəlik hesabat, hazır məhsulun maya dəyərinə daxil olan birbaşa məsrəflər barədə gündəlik hesabat, istehsalata silinən xammal və materiallar barədə gündəlik hesabat, xammal və material qalıqları barədə gündəlik hesabat və s.
  • Əsas vəsaitlərin hər bir vahidi üzrə qeydiyyatını aparan reyestrin aparılmasının təmin ediməsi və bu işə nəzarət: alış dəyəri, alış tarixi, alışın ilkin sənədləri, istismara buraxılma tarixi, dəyəri, kapitallaşdırılan təmir xərcləri barədə ilkin məlumat, amortizasiya ilə bağlı olan məlumat, qalıq dəyəri və s. məlumatları özündə əks etdirən reyestr  
  • Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində istehsal olunmuş hazır məhsulun maya dəyərinin (xərc maddələri üzrə) tam kalkulyasiyasının hazırlanması
  • Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində satılmış hazır məhsulun maya dəyərinin hesablanması
  • Gündəlik əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq zamanında rəsmiləşdirilməsinin təmin olunması və bu işə nəzarət: təqdim edilmiş hazır məhsula görə elektron qaimə-fakturaların zamanında kəsilməsi, alınmış mallara və xidmətlərə görə elektron qaimə-fakturaların zamanında kəsilməsini təchizatçılardan tələb etmək və s.
  • Aylıq əsasda debitorlarla və kreditorlarla Borcların Üzləşməsini təmin etmək
  • Gündəlik təsərrüfat əməliyyatların zamanında mühasibat kitablarına işlənilməsini təmin etmək
  • Hesablanmış və icra olunmuş Satış Sifarişlərin (Sales Orders) üzləşməsi barədə aylıq hesabatların hazırlanması: satış qiyməti, maya dəyəri və karlıq 
  • Əmək haqqı cədvəllərin zamanında hazırlanmasını təmin etmək
  • Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsini təmin və bu işə nəzarət etmək
  • Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və bu işə nəzarət etmək
  • Bütün kontragentlərlə imzalanacaq müqavilələrdə vergi, bank və digər icbari ödənişlərlə bağlı maddələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilib-edilməməsinə nəzarət etmək
  • Vergi, statistika, DSMF, digər icbari yığımlarla və s. bağlı dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların zamanında hazırlanmasını və təqdim edilməsini təmin etmək
  • Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılmasını təmin etmək
  • Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət
  • İllik inventarizasiyanın keçirilməsinin təmin edilməsi və bu işin koordinasiyası
  • Şirkətə məxsus bütün maddi aktivlərin uçotunun və qeydiyyatının təmin edilməsi (maddi məsul şəxslər üzrə, yerləşdiyi yerlər üzrə və s.)
  • Növbəti ayın 10 tarixinə kimi aylıq və illin əvvəlindən artan yekunla dövrü, növbəti ilin fevral ayının 15 tarixinə kimi isə illik maliyyə hesabatların hazırlanması: Balans Hesabatı, Mənfəət və Zərər Haqqında Hesabat, birbaşa metodla hazırlanmış Pul Axınları Haqqında Hesabat, Kapitalda Dəyişikliklər Barədə Hesabat
  • Növbəti ayın 5 tarixinə kimi 3 aylıq ödənişlər (mədaxil və məxaric) proqnozunun hazırlanması və ödənişlərin həmin proqnoza uyğun aparılmasına nəzarət
  • İllik büdcənin hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
  • İllik büdcənin icrası ilə bağlı hesabatlarıın hazırlanması
  • Aylıq istehsal proqnozların hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası  
  • Aylıq istehsal proqnozların icrası ilə bağlı hesabatlarıın hazırlanması
  • Şirkətin daxili biznes proseslərinin və prosedurlarının mütəmadə olaraq təhlil olunmasını və tələb olduqda onların yenilənməsini təmin etmək   
  • Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsini təmin etmək və mühasibat şöbəsinin işinə nəzarət etmək
  • Birbaşa rəhbərdən alınan bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək      
  • Kompüter biliyi yüksək səviyyədə ( 1C8.3, Excel, Word, Outlook) 

İş haqqında məlumat:

  • İş saatı 09:00-17:00.
  • İstirahət günü -  Şənbə və Bazar günləri.
  • Firma tərəfindən nahar təmin olunur.
  • İş yeri Xırdalan şəhərində yerləşir.

Əlaqə vasitələri: CV-nizi movzu hissəsində “Baş mühasib” qeyd edərək email ünvanına göndərin. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.