İşin təsviri
İşiniz nədən ibarətdir?
- Yüksək keyfiyyətli müştəri xidmətinin təmin edilməsi, müştərilərin maliyyə ehtiyaclarını qarşılamaqla həmin münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi;
- Mövcud müştəri münasibətlərini genişləndirməklə bankın böyüməsinə və gəlirliliyinin artırılmasına töhfə verilməsi;
- Satış texnikası üsullarını səmərəli istifadə etməklə yeni müştərilərin cəlbi;
- Müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
- Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
- Zəruri hallarda müvafiq departamentə istinad etməklə banka aid qayda, prosedur, siyasət və normativ tövsiyələrin daima istifadə edilməsi;
- Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik;
- Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: 1-2 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 06.04.2022-ci il tarixinədək başlıqda “Kiçik Müştəri Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.