Keyfiyyət idarəetmə sistemləri (KİS) üzrə baş mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Cəmiyyətdə idarəetmə sistemləri üzrə beynəlxalq standartların tətbiqini həyata keçirmək, təhlil etmək və təkmilləşdirməyə dair təkliflər vermək;
  • Cəmiyyətin əməkdaşlarına idarəetmə sisteminin tələblərinin çatdırmasını təmin etmək;
  • Cəmiyyətin struktur bölmələrinin fəaliyyətlərini əhatə edən İnteqrəolunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin İMS tələblərinə uyğun hazırlanmasında öz fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək;
  • İMS ilə bağlı tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək və SƏTƏM və KİS şöbəsinin müdirinə hesabat vermək;
  • İMS-in təminatı sahəsində görülən işlərin koordinasiyasını təşkil etmək;
  • Cəmiyyətin təsdiq edilmiş İMS üzrə sənədlərinin əslinin təhvil alınmasını, onların sistemləşdirilməsi, saxlanılması və çoxaldılmasını təmin etmək;
  • İMS-in tələblərini müntəzəm olaraq hərtərəfli təhlil etmək, İMS-ə aid sənədlərin işləkliyinin təmin edilməsi və təkmiləşdirilməsi işlərində iştirak etmək;
  • İMS üzrə Cəmiyyətin malik olduğu beynəlxalq sertifikatın tələbləri və prinsipləri istiqamətində işlərin icrasın təşkil etmək;
  • Cəmiyyətin təsdiq edilmiş İMS üzrə sənədlərinin əslinin təhvil alınmasını, onların sistemləşdirilməsi, saxlanılması və çoxaldılmasını təmin etmək;
  • İMS-in tələblərini müntəzəm olaraq hərtərəfli təhlil etmək, İMS-ə aid sənədlərin işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi işlərində iştirak etmək;
  • İMS üzrə İSO9001, İSO14001, İSO45001 və auditin keçirilməsinə dair İSO19001 beynəlxalq sertifikatın tələbləri və prinsipləri istiqamətində işlərin icrasını təşkil etmək;
  • İMS üzrə sertifikat və nəzarət (xarici) auditlərin keçirilməsinin təşkilində iştirak etmək;
  • Şöbə müdiri tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək;

Namizədə tələblər:

  • Ali təhsil (kimya mühəndisliyi, sənaye mühəndisliyi, ekologiya, dağ-mədən mühəndisliyi, geologiya);
  • Sahə üzrə təcrübəsi 3 ildən çox olmalı;
  • MS Office işləmə bacarığı;
  • SƏTƏM və KİS-ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
  • Mükəmməl Azərbaycan dili biliyi;
  • İdarəetmə sahə üzrə İSO9001, İSO14001, İSO45001 və auditin keçirilməsi üzrə İSO19011 standartlarının tələblərini bilməli. 
  • Zərurət yarandığı halda Daşkəsən rayonuna ezamiyyətə gedə bilməli.

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2 H; 

Son müraciət tarixi: 16.03.2022

Email: [email protected]