Satınalma mütəxəssisi

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 02.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Satınalma planının hazırlanması;
  • Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi; 
  • Təchizatçıların və xidmət təminatçılarının Əsas Siyahılarının hazırlanması və təchizatçı məlumat bazasını təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması; 
  • Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
  • Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;  
  • Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlilinin (müqayisəli təhlil) aparılması, müqayisəni əks etdirən sənədin yaradılması;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanılması və Müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi. 

Vəzifə ilə bağlı tələblər:

  • İnşaat materiallarını tanıması, inşaat layihələrini oxumaq bacarığının olması;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı; 
  • MS Office (MS Word, MS Excel) üzrə mükəmməl biliyin olması; 
  • Xarici ölkələrə ezamiyyələrə hazır olması; 
  • Ümumi inşaat biliklərinin olması;
  • Müvafiq sahədə azı 3 ( üç ) il iş təcrübəsinin  olması;

Əlavə məlumat:

  • Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.

CV-lərinizi " Satınalma mütəxəssisi " başlığı ilə [email protected]  göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi