HR menecer

  • Zakaz.az
  • Elanın qoyulma tarixi: 02.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
  • Elektron Hökumət Portalı ilə işləmə bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;
  • İnsan resursları sahəsində iş təcrübəsi minimum 2 il;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
  • Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı.

İşin təsviri:

  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected]  elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.