Texniki hesabatlar üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • İş təcrübəsi: tikinti sahəsi üzrə 3 illik iş təcrübə;
  • Təhsil: Ali iqtisad təhsili;
  • Dil biliyi: Azərbaycan dili və rus dili-əla; 
  • İqtisadi mühəndislik bilikləri,dinamiklik, detallara yüksək diqqət, analitik təhlil etmə bacarığı, gərginliyə davamlılıq;
  • Kompüter Bilikləri: MS Office proqramlarında və 1C proqramında (7.7/8.3) sərbəst istifadə bacarığı.

Vəzifələr:

  • Tikinti materiallarının dəyərinin təhlili;
  • Xərclərin smetaya uyğun maddələr üzrə işlənməsi;
  • Tikinti materiallarının məsrəflərinə dair texniki hesabatların hazırlanması;
  • Layihədə baş vermiş dəyişikliyə görə smetada müvafiq dəyişikliklərin edilməsi;
  • Smetada nəzərdə tutulmuş material növlərinin dəyişdirilməsinin smetaya təsirlərinin hesablanması və uyğun dəyişiklərin edilməsi;
  • İş həcmlərinin yerinə yetirilməsi haqqında hesabatların hazırlanması (Forma2) və müvafiq hesabatın hazırlanmasına nəzarətin edilməsi.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.