Smeta üzrə mütəxəssis

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə);
  • Azərbaycan, Rus dili biliyi (arzuolunandır);
  • 28-40 yaş həddi;
  • İnşaat sahəsində iş təcrübəsi 3 ildən az olmamaq şərtilə;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Kompyuter biliyi - MS Word, MS Excel, MS Project, AutoCad, 1C Mühasibatlıq /UPP.

Vəzifə öhdəlikləri:

  • Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun normativ sənədlərin, smetaların hazırlanması və ya dəyişiklik zamanı onlara düzəlişlərin edilməsi;
  • Tikinti quraşdırma, Rekonstruksiya və təmir işləri üçün işçilik, əmək haqqı, inventar ,maşın-mexanizm və s. xərclərinin normativlərinin və vahid həcm üçün qiymətlərinin hesablanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədlərini hazırlamaq;
  • Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
  • Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması; bazar qiymətlərinə uyğunluğunun yoxlanılması;
  • Hazırlanmış smetaya uyğun olaraq iş həcimlərinə nəzarətin həyata keçirilməsi və forma 2 lərin tərtib edilməsi;
  • Layihə barəsində aylıq texniki və smeta hesabatlarının verilməsi;
  • Sifarişçi, subpodrat və digər təşkilatlarla əsaslı tikinti üzrə podrat müqavilələrin bağlanması üçün hazırlıq və rəsmiləşdirmə işlərində iştirak edir;
  • Bağlanmış müqavilələrə uyğun, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə aid sifarişçi və subpodrat təşkilatlarla aparılan hesabatların düzgünlüyünə nəzarəti təşkil edir;
  • Sifarişçinin təqdim etdiyi smeta sənədlərinin, materialların dəyərinin kalkulyasiyasının, nəqliyyat sxemlərinin və digər sənədlərin yoxlanması və razılaşdırılması üzrə işləri həyata keçirir; 
  • Digər şöbələrin iştirakı ilə tikinti obyektlərinin plan-hesablama qiymətlərinin tərtib olunması, habelə tikintinin iqtisadi göstəricilərinin müəyyənləşdirilməsi işlərini təşkil edir;
  • Yeni texnika və texnologiyanın, əməyin elmi təşkilinin, səmərələşdirici təkliflərin effektliyinin hesablanmasında iştirak edir;
  • Sifarişçi, subpodrat və ya mal göndərən təşkilatlar tərəfindən müqavilə öhdəlikləri pozulduğu hallarda, peniya və cərimələrin tutulmasına dair iddia işini təşkil edir və forma 2 lərdə tətbiq edir;
  • İnşa edilən obyektlərin maliyyələşdirilməsinin rəsmiləşdirilməsində iştirak edir;
  • Qiymətlərin dəyişilməsi ilə əlaqədar olaraq smeta sənədlərində müvafiq əlavə və dəyişikliklər edir;
  • Xərclərin smetaya uyğun maddələr üzrə işlənilməsi;
  • Smetada nəzərdə tutulmuş material növlərinin dəyişdirilməsinin smetaya təsirlərinin hesablanması və uyğun dəyişikliklərin edilməsi.

Bilməlidir:

  • Mühəndis iqtisadiyyatı və idarəetmə; 
  • Eskiz və işçi layihəni oxuma bacarığı;
  • Tikinti materiallarının növləri və xüsusiyyətlərini;
  • Tikinti texnologiyasını;
  • Tikinti norma və qaydalarını, material sərfi normalarını;
  • Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını;
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri.

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Smeta üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV elektron ünvana təqdim edə bilərlər.

SR Construction Co tərəfindən digər vakansiyalar