İT Biznes Analitik

  • Elanın qoyulma tarixi: 23.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhkim edilmiş layihələr və sistemlər üzrə biznes prosesləri müəyyən etmək, tələbləri formalaşdırmaq və təhlilləri həyata keçirmək, eyni zamanda layihə və sistemlərin “SWOT” təhlilini aparmaq və nəticələrinə dair təkliflər hazırlamaq;
  • Funksional testləri yerinə yetirmək və istifadəçilərin qəbul test sınaqlarında (UAT) iştirak etmək;
  • Yeni yaradılmış funksionallığın təlim sənədlərini hazırlamaq və təlimləri həyata keçirmək, təhlil edilmiş layihələrin iş axınlarını hazırlamaq;
  • Biznes bölmələri ilə proqramçı heyətin işini koordinasiya etmək, biznes və texniki tələblərin kommunikasiyasını yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • İnformasiya və əməliyyat sistemləri, proqram təminatları, şəbəkə və serverlər üzrə ümumi anlayışlar;
  • Proqram təminatının layihələndirmə prosesi və alqoritmlər üzrə biliklər;
  • Yüksək səviyyədə MS Office bilikləri;
  • Azərbaycan və ingilis dili bilikləri;
  • Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “ İT Biznes Analitik” yazmaqla, öz CV-lərini [email protected]  göndərə bilərlər.

tərəfindən digər vakansiyalar