Smeta mühəndisi

İşin təsviri

Smeta mühəndisinə olan tələblər:

  • Ali təhsilli, inşaatçı mühəndisə üstünlük veriləcəkdir.
  • İşçi layihəyə uyğun işlərin və materialların qiymət cədvəlini, vahidin qiymətini və dəyərini göstərməklə tərtib etməlidir.
  • Təmir ediləcək və ya tikiləcək kiçik obyektlərin layihəsi olmasa belə bazar qiymətləri ilə işlərin və materialların qiymət cədvəlini, vahidin qiymətini və dəyərini göstərməklə tərtib etməlidir.
  • İşlərin sifarişçiyə təhvil-təslim aktlarını sənədləşdirməyi bacarmalıdır.
  • Dövlət hesabına maliyyələşdirilən tikintilərin smeta sənədlərinin hazırlanması üçüm “smeta_TTNDA” proqramından istifadə etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin keçirdiyi seminarda iştirak edib proqramı işləməyi öyrənməlidir. Seminarda iştirak üçün Agentlik tərəfindən müvafiq şərait yaradılacaqdır.
  • Elan edilmiş və Qartal Tikinti Firmasının iştirak etdiyi tender təklifindəki iş və material qiymətlərini bazar qiymətləri ilə hazırlamalıdır.
  • Qiymət və tender təkliflərinin vaxtında hazırlanması üçün təchizatçı və sahə rəisləri ilə birlikdə sənədləri gecikdirmədən hazırlamalıdır.
  • Müqavilələrin və razılaşma protkolunun hazırlanmasını bacarmalıdır.
  • İddiaçının yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir.

İş şəraiti:

  • İş yeri Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu prospekti 278,  Qartal Tikinti Firmasının Baş ofisindədir.
  • Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.
  • İş saatları – həftənin 5 günü 09:00 – 18:00 aralığındadır.
  • Əlavə iş saatları saatın dəyərinə müvafiq olaraq ödəniləcəkdir. Az işlədiyi saatların dəyəri əmək haqqından çıxılacaqdır.

 

Əmək haqqı: 700,00 – 1000,00 manat

İş yeri: Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu prospekti 278,  Qartal Tikinti Firmasının Baş ofisi

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə,  mövzu hissəsində “Smeta mühəndisi yazmaqla göndərmələri xahiş olunur. Yalnız  CV-ləri uyğun görülən namizədlərlə əlaqə saxlanacaqdır.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Əlaqələndirici şəxs: Tural Məmmədov, +994 50 235 48 67