İnsan Resursları üzrə menecer

  • Vau.az
  • Elanın qoyulma tarixi: 02.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • İnsan Resursları əməliyyat sistemlərinin qurulması;
  • İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi;
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi;
  • Şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili;
  • Məzuniyyət, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
  • Vəzifə təlimatlarının hazırlanması;
  • Optimal işçi sayının hesablanması, işçi büdcəsinə nəzarət;
  • Təşkilati strukturun hazırlanması;
  • İşə qəbul prosesində vakansiya və müsahibələrin izlənilməsi;
  • Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisinin hazırlanması;
  • İşçilərin inkişaf planı və davamçıların hazırlanması proqramlarının həyata keçirilməsi;
  • Sabit və dəyişən əmək haqqı sistemlərinin qurulması;
  • Əməyin dərəcələndirilməsi; 
  • Kadr kargüzarlığı sistemlərinin qurulması;
  • Vakansiya tələbinin müəyyən edilməsi;  
  • Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
  • İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək; 
  • Adaptasiya və Orientasiya proqramlarının hazırlanması və həyata keçirilməsi;  
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında  həyata keçirilməsinə nəzarət;
  • Aylıq hesabatların hazırlanması və təqdimatı.

Tələblər:

  • Ali təhsil
  • İR sahəsində ən azı 3 il, müvafiq  vəzifədə azı 1 il iş təcrübəsi
  • İR prosedurları, təlim inkişafla bağlı biliklər
  • İşə qəbul sahəsində iş təcrübəsi
  • Rus dili biliyi
  • Excel və 1C bilikləri üstünlükdür

 

Email: [email protected]

Vau.az tərəfindən digər vakansiyalar