Mühasib

İşin təsviri

Öhdəliklər:

  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir.
  • Bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
  • E-portal proqramı ilə işləmək bacarığının olması
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
  • Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Daxili hesabatların hazırlanması və təqdim olunması
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
  • ƏDV ilə işləmə bacarığı
  • Bəyannamələrin hazırlanması və göndərilməsi
  • Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması

Tələb olunan peşə – ixtisas səviyyəsi:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi
  • Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
  • Vergi məcəlləsini bilməli
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı

 

Email: [email protected]

Park inn by Radisson Baku tərəfindən digər vakansiyalar