Xarici satınalma (texniki təchizat) mütəxəssisi

  • Matanat A
  • Elanın qoyulma tarixi: 20.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təmininin həyata kecirməli;
  • Avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
  • Alınan malların keyfiyyətinə nəzarət etməsi.

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: şənbə və bazar günü.
  • İş yeri- Bakı ş., Azərbaycan (baş ofis)

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Yaş həddi: 25-45
  • Təhsili: Ali
  • Xarici satinalmada iş təcrübəsi: minimum 3 il.
  • Dil bilikləri:Azərbaycan və Rus sərbəst, İngilis arzuolunandır
  • Kompüter biliyi: MS Office, Internet Explorer.

Tələblər:

  • Xarici satınalma və təchizat sahəsində təcrübə mütləqdir (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların  ehtiyyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
  • Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməli;
  • Satınalma sənədlərinin hazırlanma bacarığına sahib olmalı;
  • Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
  • Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarını bilməsi;
  • Xarici logistikanı bilməli;
  • Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə bacarığı olmalı;
  • Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] göndərin.

İşəgötürənin reytinqi