Məhsul təbliğatı üzrə mütəxəssis

  • SAF Pharma LLC
  • Elanın qoyulma tarixi: 17.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

İş rejimi: 09:00-18:00

Əmək haqqı: 350-450 AZN 

Vəzifənin icra ediləcəyi şirkət haqqında:  

“SAF Farma” MMC - Şirkət 2004-cü ildə apteklər şəbəkəsi kimi fəaliyyət göstərməyə başlayıb, hazırda Azərbaycanla yanaşı Gürcüstan, Özbəkistan və Ukraynada da dərman bazarını yüksək keyfiyyətli məhsullarla təmin edir.

Öhdəlikləri:

  • Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması;
  • Müştərilərdən məhsullar üzrə rəy alınması;
  • Həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması;
  • İclaslarda iştirak etmək, iş yerində yaranmış problemlər barədə birbaşa rəhbərinə məlumat vermək;
  • Gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq;
  • Bazar araşdırması prosesində iştirak etmək;
  • Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak etmək;
  • Problemli müştərilər barədə birbaşarəhbərini məlumatlandırmaq; 
  • Rəhbərlik və ya məsul şəxsin işlə bağlı verdiyi digər tapşırıqların icra edilməsi;
  • Ona təhkim olunmuş işçi - mentor ilə birlikdə öyrənmə proqramını icra etmək;
  • İş və təlim qrafikinə əməl etmək.

Vəzifəyə tələblər:

  • Təcrübə - 0-1 (müvafiq sahədə)
  • Azərbaycan dilində mükəmməl yazılı və  şifahi ünsiyyət
  • Təqdimat bacarığı
  • Öyrənməyə meyilli
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Çeviklik
  • Dəqiqlik

Müraciət qaydaları:

https://forms.gle/hkZ8xBU3RJHsy59U7  linki vasitəsi ilə formu doldura və ya CV-ni [email protected] ünvanına “TN” başlığı (tema/subject) ilə göndərə bilərsiniz.

Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər ilə müsahibə keçirilir.

Deadline: 30.01.2022