Baş Mühasib

  • SAF Pharma LLC
  • Elanın qoyulma tarixi: 04.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri 

İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00

Əmək haqqı: 2 000-3 000 AZN (müsahibə əsasında müəyyən ediləcək)

Öhdəlikləri: 

  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
  • Bank və kassa əməliyyatları 
  • Tender üçün sənədlərin hazırlanması
  • İnventarizasiya prosesinin həyata keçirilməsi
  • Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
  • Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı)
  • Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi
  • Vergi, gömrük və digər dövlər orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
  • İş prosesi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Vəzifəyə tələblər:

  • Təhsil – Ali (mühasibatlıq, maliyyə)
  • Sertifikat- Orta və iri sahibkarlıq fəaliyyəti üzrə PMS sertifikatı
  • Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-əla. (İngilis dili bilən namizədlərə üstünlük veriləcəkdir.)
  • Təcrübə - 5 ildən çox
  • Vergi, gömrük, mülki və digər əlaqəli qanunvericilik sahələri üzrə biliklər.
  • Riyazi məntiq, analitik düşünmə və təhliletmə bacarığı
  • Detallara diqqət, məsuliyyətlilik, dəqiqlik və etibarlılıq

Müraciət qaydaları:

CV-ni e-mail ünvanına “Baş mühasib” başlığı (tema/subject) ilə göndərirsiniz.

Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.

Son müraciət tarixi: 15.12.2023