Təlim üzrə koordinator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək;
  • Ehtiyaclara uyğun təlim planı və proqramlarının hazırlanmasında iştrak etmək;
  • Tədris materiallarının hazırlanmasında iştirak etmək;
  • Təlim planının formalaşdırılması və icrası prosesində lazımi kommunikasiyanı həyata keçirmək;
  • Təlim fəaliyyətini koordinasiya etmək;
  • Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırmaq, təlim təchizatçıları və digər əlaqəli tərəflərlə danışıq və yazışmalar aparmaq;
  • Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq, qiymətləndirmənin aparılması və iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün tədbirlər görmək;  
  • Təlim imkanları barədə məlumatlandırmanı həyata keçirmək; 
  • Yeni təlim metodlarının tətbiqi imkanlarını araşdırmaq və təkliflər vermək;
  • Təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi, habelə xüsusi bülletenlər və digər nəşrlərin buraxılması ilə bağlı fəaliyyətdə iştirak etmək;
  • Beynəlxalq səviyyədə meylləri izləmək, beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında iştirak etmək; 
  • Departamentə daxil olan sənəd və müraciətləri araşdırmaq və cavab layihələri hazırlamaq;
  • Vəzifə səlahiyyətləri çərçivəsində verilmiş digər tapşırıqları icra etmək.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  •  Ali təhsil (idarəetmə, iqtisadiyyat və ya sosial-humanitar sahədə təhsil arzuolunandır);
  • Azı 1,5 il iş təcrübəsi; 
  • Çeviklik;
  • Təhlillər aparmaq, hesabat hazırlamaq bacarığı;
  • İnnovativ və yaradıcı düşünmək;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
  • Nəticəyə fokuslanmaq.

Əmək haqqı razılaşma yolu ilə müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 17 fevral 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Təlim üzrə koordinator” yazaraq [email protected]z göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.