Elektrik montyoru

İşin təsviri

Əmək haqqı: 600 AZN.
İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • İlk peşə təhsili (Elektrik üzrə)
  • Elektrik montyoru kimi minimum 1 il iş təcrübəsi.
  • Xırdalan şəhəri və yaxın ətrafda yaşayan namizədlərə üstünlük verilir. 

İş öhdəlikləri:

  • Elektrik - elektrotexniki işləri həyata keçirir;
  • Sadə əl – qurğu və alətlərin tətbiqi ilə elektrik işıqlandırmanın sadə hissə və aparatlarını sökür, təmir edir və məftillərin çəkilməsi işini həyata keçirir;
  • Elektrik avadanlıqlarının detal və hissələrini təmizləyir, yuyur, silir və sıxılmış hava ilə qurudur;
  • Sadə elektromontaj sxemləri olan elektromaşınların və elektrik cihazlarının detal və hissələrinin birləşmələri, birləşdirici mufta, üçlük və qutuların qurulması üzrə işləri yerinə yetirir;
  • Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərini yerinə yetirir;
  • Genetator, transformator, 0.4kV paylayıcı panellərlin və müxtəlif elektrikli əl alətləri və qaynaq apparatlarının istismar zamanı xdmət və təmir işlərini yerinə yetirir
  • Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
  • Təhkim olunmuş əl alətlərindən düzgün qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq;
  • Görülmüş işlər haqda iş qeydləri aparmaq;
  • Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək

İş qrafiki:

  • 6 günlük iş norması, 
  • Nahar şirkət tərəfindən verilir.
  • Servis təmin olunur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına “elektrik montyoru” başlığı ilə göndərə bilər.

Email: [email protected]

Azmədənistehsal MMC tərəfindən digər vakansiyalar