Mərkəzləşdirilmiş kredit təsdiqetmə işçisi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 13.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəliklər:

  • Mərkəzləşdirilmiş Kredit Satışı İşçisi tərərfindən təsdiq üçün hazırlanmış sənədlər toplusunun təşkilatın daxili kreditləşmə qaydalarına müvafiqliyinin yoxlanılması; 
  • Müştərilərin kredit müraciətlərinə vaxtında cavab verməsi;
  • Kredit müraciətlərini qiymətləndirərkən Mərkəzləşdirilimiş Kredit Satışı heyəti  ilə sıx əməkdaşlıq etməsi;
  • Kredit müraciətini qiymətləndirərkən qurumun qaydalarına hörmət  və riayət etməsi;
  • Kredit üçün müraciət etmiş şəxslərə kredit verilməzdən əvvəl maliyyə məlumatlarını və risklərini qiymətləndirilməsi;
  • Ümumi kredit prosesinin yaxşılaşdırılması üçün digər şöbələrlə sıx əməkdaşlıq edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə ixtisasa üstünlük verilir;
  • MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində biliklər; 
  • Səlis şifahi və yazılı Azərbaycan dili;
  • Uyğun sahədə iş təcrübəsi;
  • Biznes fəaliyyətlərinin gəlirlilik əmsalları haqda mövcud zamana uyğun məlumatlı olması;
  • Biznes gəlirlərinin müxtəlif üsullarla yoxlama qabiliyyəti;
  • Kredit risklərininin qiymətləndirmə bacarığı;
  • Effektiv ünsiyyət qurma bacarığı;
  • Analitik düşüncə;
  • Vaxtın idarə edilməsi və sürətli iş bacarıqları, strateji düşüncə;
  • Gərgin iş mühitində işləmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Planlama/ təşkilatçılıq.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 2 fevral  2022-ci il tarixdən  gec olmamaq şərtilə [email protected] electron  ünvanına Subject/Mövzu  hissəsində  Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə İşçisi (Baş Ofis) qeyd  etməklə göndərə bilərsiniz. 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi