Biznes Analitik

  • TIM Group
  • Elanın qoyulma tarixi: 10.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni layihələr üzrə biznes proseslərin təhlili və ya dəyişdirilməsi təklif olunan biznes proseslərin təhlili;
  • Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
  • Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırığın formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;
  • Testləşmə işlərinin həyata keçirilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
  • Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və təşkilatın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;
  • Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
  • Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
  • Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
  • Dövri hesabatların hazırlanması

Vakansiya üzrə tələblər:

  • İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Biznesin təşkili və ya bu sahələrə yaxın ixtisas üzrə Bakalavr təhsili
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət və yazışma bacarığı, rus dili biliyi arzuediləndir
  • MS Office proqramları üzrə biliklər (MS Excel və MS Visio bacarıqlarının yüksək səviyyədə olması arzuediləndir)
  • SQL/PL SQL üzrə biliklərin olması arzuediləndir
  • Jira, Google Sheets/Docs/Forms, Miro, Figma kimi alətlərdən istifadə edə bilmə bacarıqları arzuediləndir
  • Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti
  • Komanda tərkibində işləmək bacarığı, məsuliyyətlilik
  • Yeni texnologiyaları öyrənmə həvəsi
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti

İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Ofis Demirchi Towers-da yerləşir

CV-nizi və portfolionuzu [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda " Biznes Analitik" qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər tələblərə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.