İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin daxili biznes proseslərinin idarə edilməsi və texniki dəstəyi.
- ERP sistemi çərçivəsində proseslərin avtomatlaşdırılması və müxtəlif sistemlərlə inteqrasiya edilməsi.
- ERP modullarının təkmilləşdirilməsi, yeni funksiyalar və iş axınlarının hazırlanması.
- API inteqrasiyaları, məlumat mübadiləsi və daxili sistemlərin bir-biri ilə əlaqələndirilməsi.
- Server, şəbəkə və ümumi İT infrastrukturunun stabil işləməsinin təmin edilməsi.
- İstifadəçilərə texniki dəstək və sistem üzrə təlimlərin təşkili.
Tələblər:
- ERP sistemləri ilə (Odoo, SAP, Oracle və ya oxşar) işləmək təcrübəsi.
- Proseslərin analizi, xəritələndirilməsi və ERP mühitində avtomatlaşdırılması bacarığı.
- API, SQL və məlumat bazaları üzrə biliklər.
- Python və/və ya JavaScript bilikləri üstünlükdür.
- Analitik düşüncə, yüksək məsuliyyət və komanda ilə işləmək bacarığı.
Üstünlüklər:
- İstehsalat və ya xidmət sektorunda ERP tətbiqi təcrübəsi.
- Şəbəkə, server və İT təhlükəsizliyi üzrə biliklər.
- Dashboard və hesabat avtomatizasiya sistemlərinin qurulması təcrübəsi.
Biz təklif edirik:
- İnkişaf yönümlü peşəkar mühit.
- ERP üzərində real layihələrdə iştirak imkanı.
- Rəqabətli maaş və sosial paket.
Şərtlər:
Maraqlanan namizədlər CV-ni mövzu yerində “IT mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.