Tikiş üzrə supervayzer

İşin təsviri

Namizədə olan tələblər:

  • Cinsi: Qadın / Kişi
  • Yaş həddi: 20-35
  • Ali təhsilli 
  • Geyimlərin tikişi sahəsinə həvəsli 
  • İdarəçilik bacarığı olmalı
  • Enerjili və motivasiyalı olmalı
  • Operativ olmalı
  • Problemləri vaxtında aradan qaldırmaq və səmərəli təkliflər irəli sürmə bacarığı olmalı

Vəzifə öhdəlikləri:

  • Tikiş/istehsalat prosesinə nəzarət etmək
  • Məhsulun texniki pasportundakı göstəricilərinə uyğun istehsal olunmasına nəzarət etmək
  • Konveyer (bant) üzrə iş bölgüsünü düzgün təşkil etmək
  • Tabeliyindəki işçiləri motivasiyalı şəkildə idarə etmək
  • Müəssisədaxili nizam-intizam qayadalarına riayət edilməsinə nəzarət etmək
  • İstehsalatda yaranan problemlərin həlli üçün vaxtında tədbir görmək və həmin problemlərin yenidən baş verməsinin qarşısını almaq üçün qabağlayıcı tədbirlər görmək
  • Rəhbərliyin tapşırıqlarını tam və operativ şəkildə yerinə yetirmək.

Sözügedən sahə üzrə iş təcrübəsinin olması vacib deyil, lakin üstünlükdür.

Yuxarıda qeyd olunan digər qabiliyyətlərə malik olan lakin sahə üzrə təcrübəsi olmayan, öyrənməyə həvəsli və işində operativ olan namizədlərə sahə üzrə treninqlər keçiriləcək.

İş barədə məlumat:

  • İş yeri: Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park 3 ;
  • İş rejimi: 5 günlük 
  • İş saatı: 08:00-17:00 ;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq ;
  • Rəsmi qeydiyyat; 
  • Əmək haqqı razılaşma yolu ilə;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Nahar və çay fasilələri verilir.

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron ünvanına göndərməyiniz və yaxud 051 201 12 71 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Caspian Textile MMC tərəfindən digər vakansiyalar