İşə qəbul üzrə mütəxəssis

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 10.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Mağazaların işəqəbul və yerləşdirmə müddətində proseslərə nəzarətin aparılması;
  • İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
  • İşəqəbul hesabatlarının hazırlanması;
  • Açıq olan vakansiyaların mağazadaxili və mağazaxarici elan hazırlanılması və yerləşdirilməsi;
  • Namizəd bazasının daim yenilənməsi;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi;
  • İşəqəbul testlərinin həyata keçirilməsi, testlərlə bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesinin idarə olunması;
  • İşəqəbul  kanallarının idarəolunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
  • İşəqəbul layihələrinin təşkilində iştirak etmək;  
  • Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi;
  • Azərbaycan və Rus dili (əla);
  • Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) ;
  • Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik.

İş şəraiti:

  • 5 günlük iş həftəsi;      
  • Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Xətai rayonu,  Xudu Məmmədov 1c

 

https://glorri.com/bizimmarket/617bcda11eee3b11c44a1c0d-%C4%B0%C5%9F%C9%99%20q%C9%99bul%20%C3%BCzr%C9%99%20m%C3%BCt%C9%99x%C9%99ssis?